Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə iyulun sonlarında Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlovun 100 illik yubileyinin keçirilməsi nəzərdə tutulur. Tanınmış azərbaycanlı rejissor dünyaca məşhur Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri olub. Eyni zamanda N. Bədəlov, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub. Rejissor Azərbaycan kinosuna “Övladlarım”, “Xəzərin üzərindən körpü”, “Azərbaycan aşıqları”, “Onun adı Serafino idi” və digər filmləri bəxş edib. O, 1936-cı ildə ilk, 1988-ci ildə isə son filmini çəkib.