Oktyabrın 2-də Heydər Əliyev Sarayında "Qala" filminə baxış keçiriləcək. Filmin rejissoru Şamil Nəcəfzadə, ssenari müəllifi Ş.Nəcəfzadə və Ramiz Rövşən, operatoru Kənan Məmmədovdur. Rəssamları Arif Məhərrəmov və Əziz Məmmədov, bəstəkarı Cahangir Zülfüqarov, prodüseri Arif Səfərovdur. Filmdə rolları Rasim Balayev, Məbud Məhərrəmov, Firəngiz Mütəllimova, Sonaxanım Mikayılova və başqaları ifa edirlər.
   "Qala"nın keçən il "Azərbaycan" kinoteatrında təqdimatı keçirilib. Ekran əsərinin təqdimatı Mədəniyyət və Turizm Nazirliyi ilə moskvalı prodüserlər Rauf Atamalıbəyovla Teymur Vaynşteynin birgə dəstəyi ilə gerçəkləşib.