Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya Şöbəsinin məsul işçisi Cəmil Fərəcovun verdiyi məlumata görə, tanınmış Azərbayacan yazıçısı Çingiz Abdullayev "Alt-üst edilmiş işıq" adlı kinossenari yazıb. Mədəniyyət və Turizm Nazirliyinin komissiyası tərəfindən qəbul edilən ssenaridə polis obrazı yaradılıb. Ekran əsərində azərbaycanlı polis zabitinin narkomafiyaya daxil olmasından bəhs olunur. Dövlət sifarişi ilə çəkiləcək filmin rejissoru hələ ki, məlum deyil.
   Xatırladaq ki, bu, tanınmış yazıçının səhnələşdirilmiş doqquzuncu əsəridir.