SSRi-nin ən məşhur musiqi ansambllarından biri olan "Qaya" haqqında sənədli film çəkilib. "Ey həyat, sən nə qəribəsən" adlanan filmin rejissoru və ssenari müəllifi Cavid İmamverdiyevdir. Filmdə qrupun yarandığı 60-cı ildən indiyə kimi keçdiyi yaradıcılıq yolu öz əksini tapıb. Rejissorun sözlərinə görə, filmin təqdimat mərasimi sentyabrın axrında, oktyabrın əvvəllərində reallaşacaq.