"Səkkizinci göy" filminin çəkilişləri yaxın zamanlarda başlanacaq. Azərbaycanla bağlı olan film İran Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənib.
   Filmin rejissoru Həsən Nəcəfinin sözlərinə görə, dil probleminin qabardıldığı ekran əsərinin mövzusu Məşhədə gedən bir azərbaycanlı oğlanın keçirdiyi hisslərlə bağlıdır. Yolda bir nəfər bu gəncə kömək edir, amma bir-birinin dilini başa düşmədiklərinə görə onlar ünsiyyət qura bilmirlər.
   İlk çəkilişlər İranda aparılacaq.
   Filmdə Azərbaycanın istedadlı aktrisası Xalidə Quliyeva və daha iki aktyor rol alacaq.