Rusiyanın Anapa şəhərində sentyabrın 13-dən 21-dək keçiriləcək "Kinoşok" Beynəlxalq Film Festivalında Azərbaycan iki filmlə təmsil olunacaq. Bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya Şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, festivalda rejissor Oqtay Mirqasımın "Günaydın, mələyim" və rejissor Cavid Əhmədovun "Azarkeş" filmi (İctimai Televiziya və Radio Verilişləri Şirkətinin istehsalı) nümayiş olunacaq. "Günaydın, mələyim" filmi festivalın əsas müsabiqəsində, "Azarkeş" filmi isə "Kinoşok" nominasiyasında keçiriləcək müsabiqədə birincilik uğrunda mübarizə aparacaq.