Kanadadan Azərbaycan Dövlət Film Fonduna Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri - Niyazi, Tofiq Quliyev və Polad Bülbüloğlunun fotoşəkilləri göndərilib. Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin verdiyi məlumata görə, bu şəkilləri fonda bakılı fotoqraf Nikolay Qutmanın ailəsi ünvanlayıb. Onun sözlərinə görə, Qutman tərəfindən Bakıda çəkilən şəkillər 60-70-ci illərə aiddir.