Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadənin 130 illik yubileyi münasibətilə “Rəssam və karikatura” kitabı çapa hazırlanır. Kitabın müəllifi Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, Əməkdar incəsənət xadimi Bayram Hacızadədir.
   B.Hacızadə bildirib ki, Əzim Əzimzadə yaradıcılığını tam şəkildə əhatə edən kitab Azərbaycan və ingilis dillərində nəşr olunacaq. Kitabda rəssamın vaxtilə müxtəlif mətbu orqanlarda dərc edilən, bu günədək heç yerdə nümayiş olunmayan karikaturaları da yer alacaq. Bu karikaturalar Əzim Əzimzadənin ev-muzeyindən və digər arxivlərdən əldə olunub. 2010-cu ilin sonunda kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar