Oktyabrın 13-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət respublika sərgisi açılacaq. 
   Mərkəzin İncəsənət bilikləri şöbəsindən verilən məlumata görə, iki gün davam edəcək sərgidə Azərbaycanın müxtəlif bölgələrindən 70-ə qədər rəssam və həvəskar sənət ustasının 350-dən artıq əsəri nümayiş olunacaq. Şöbənin müdiri Rafiq Quliyevin sözlərinə görə, respublika sərgisinə təqdim olunan əsərlər Cəlilabad, Balakən, Şabran, Sumqayıt və Gəncə şəhərlərində təşkil olunan sərgilərdən seçilib: “Oktyabrın 13-14-də təşkil olunacaq respublika sərgisində fərqlənən əsərlər arasında yenidən qiymətləndirmə aparılacaq. Seçiləcək 100-dək əsər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Moskvada təşkil ediləcək sərgidə nümayiş olunacaq”.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar