Fevralın 2-də “LN Art Centre” qalereyasında gənc rəssam Ülvi Musayevin sərgisi açıldı. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin Gənclər Günü münasibətilə keçirdiyi “Gəncliyin səsi” festivalı çərçivəsində təşkil olunub.
   
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov gənc rəssamın əsərlərinin məziyyətlərindən, diqqətçəkən cəhətlərindən danışdı: “Ülvi Musayev istedadlı gənc rəssamlarımızdandır. Mədəniyyət və Turizm Nazirliyi hər zaman belə gənclərə dəstək olur. Gənclər Günü münasibətilə Ülvi Musayevin fərdi sərgisinin təşkili də buna sübutdur”.
   Gənc rəssamın atası Əli Musayev də oğlunun uğuruna sevindiyini dedi, onun yaradıcılığına verilən qiymətə, sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. Ülvi Musayev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, Rəssamlar İttifaqının gənclər bölməsinin üzvüdür. Bir çox sərgidə maraqlı əsərlərlə iştirak edib.
   Sərgidə Ülvi Musayevin 40-a yaxın əsəri nümayiş olunur.   

  Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar