2016-cı il dekabrın 29-da Azərbaycanın dövlət sərhədini pozan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat əməlinin qarşısı alınan zaman qəhrəmancasına şəhid olmuş Çingiz Qurbanovun xatirəsinə Azərbaycan Texniki Universitetində anma guşəsi yaradılıb.
   Şəhidin ailə üzvləri ilə keçirilən görüşdə universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov vurğulayıb ki, Ç.Qurbanovun məzun olduğu bu ali təhsil ocağının tələbə və müəllimləri onu heç vaxt unutmayacaqlar.