Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə həyata keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində şagirdlərin əsgərlərə ünvanladıqları məktublar cəbhə bölgələrində xidmət edən əsgərlərə çatdırılıb.
   Layihənin məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, məktəbliləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir. 
   Şagirdlərin məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilir, ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur. “Əsgərə məktub” layihəsinin davam etdirilməsi nəzərdə tutulur.