Rusiya Federasiyası Kaluqa vilayətinin Mosalsk şəhərinin rəsm qalereyasında “Sadıq Bağırov. Rəngkarlıq. Qrafika” adlı sərgi açılıb. Həmvətənimiz, Rusiya Rəssamlar İttifaqının üzvü Sadıq Bağırov Bakıda anadan olub, Boqolyubov adına Saratov Rəssamlıq Məktəbində oxuyub, sonra Repin adına Xarkov Rəssamlıq İnstitutunun Sənaye qrafikası fakültəsinə daxil olub. 
   Rəssam 1978-ci ildə Kaluqaya köçüb. Burada rəssamlıq məktəblərində dərs deyir, sərgilərdə iştirak edir. Əsərləri Rusiya, Ukrayna, Azərbaycan, ABŞ, Fransa, İtaliya, Almaniya, Braziliya və başqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
   Mosalsk şəhərində təşkil edilmiş sərgidə rəssamın ailə kolleksiyasındakı əsərlər təqdim edilib. Onun rəsmlərində Rusiyanın təbiəti və Kaluqa mənzərələri canlandırılıb. Azərbaycan mənzərələri, o cümlədən “Şərq natürmortu”, “Dağ kəndi” əsərləri də maraqla qarşılanıb.