Aprelin 17-18-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu “Ağamusa Axundov və türk filologiyası” mövzusunda beynəlxalq konfrans keçirəcək.
   Akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunan konfransda dilçilik nəzəriyyəsi, fonetika məsələləri, dil və üslub məsələləri, dil və ədəbiyyat: qarşılıqlı əlaqələr kontekstində, türkologiyanın aktual problemləri və ədəbi dil tarixi bölmələri üzrə müzakirələr aparılacaq. Tədbirə 10-dan çox ölkədən tarixçilər, ədəbiyyatşünaslar və türkoloqlar dəvət olunublar.
   Maraqlananlar məqalələrini fevralın 15-dək a.akhundof85@gmail.com elektron ünvanına göndərməlidirlər.