AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “İslam mədəniyyəti və Azərbaycan” kitabı nəşrə hazırlanır. Nəşrin müəllifi muzeyin direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nərgiz Əliyevadır.
   Muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov bildirib ki, kitab islamın yayılması və islam mədəniyyətinin Azərbaycan mədəniyyətinə təsirindən bəhs edir.