Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Tahir Əliyev Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin (Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və turizm şöbələrinin bazasında yaradılıb), Əhməd Ramazanov Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin (Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarını əhatə edir), Elçin Hüseynov Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin (Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonları), Lətifə Mövsümova Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin (Masallı, Yardımlı və Cəlilabad rayonları), Vüsal Nəsirli Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin (Lənkəran, Astara və Lerik) rəisi vəzifəsinə təyin olunub.