Prezident İlham Əliyev “2017-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən bir qrup gənc - Emil Bağırov, Aygün İsrayılova, Məryəm Məcidova, Mirhəsən Seyidov, Lyudmila Suxostat və Vurğun Vəkilov Gənclər üçün Prezident mükafatlarına layiq görülüb.