Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Sirlər xəzinəsi” ədəbi-bədii, musiqili layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək. Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.
   Xurşudbanu Natəvanın həyat və yaradıcılığına həsr edilən gecə bu silsilədən ikinci tədbirdir. Milli Kitabxanada təşkil olunan birinci tədbir Məhəmməd Füzulinin yaradıcılığına həsr edilmişdi.
   Tədbirdə tanınmış alimlər çıxış edəcək, Xurşudbanu Natəvanın həyat və yaradıcılığından söhbət açılacaq, muğam ifaları dinləniləcək.