Fevralın 3-də “Art Tower” qalereyasında “Azərbaycanın qış mənzərələri fotolarda” adlı fotosərgi açılacaq. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” təşkilatının birgə dəstəyi ilə reallaşacaq.
   İstedadlı fotoqraflara dəstək xarakteri daşıyan layihənin məqsədi Azərbaycanın mənzərəli yerlərini tanıtmaq, mənzərə fotoqrafiyası sahəsində gənclərin rolunu artırmaqdır. Sərginin kuratoru fotoqraf Rüstəm Hüseynovdur.