Xətai rayon MKS-nin Mərkəzi kitabxanasında “Qəlblərdə yaşayan Eldəniz Zeynalov” adlı tədbir keçirilib. Xalq artisti Eldəniz Zeynalovun (1937-2001) 80 illik yubileyinə həsr edilmiş tədbirdə əvvəlcə qonaqlar aktyorun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
   Sənətkarın oğlu Elbrus Zeynalov çıxış edərək atasının həyat və yaradıcılığından danışıb, tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib. Kitabxananın əməkdaşı Gülzadə Quliyeva sənətkarın Azərbaycan kinosuna və teatrına töhfələrindən, yaratdığı obrazlar qalereyasından söz açıb. Eldəniz Zeynalovun rol aldığı filmlərdən fraqmentlər nümayiş olunub.