Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilir. Baş idarədən bildirilib ki, qurumun tabeliyində olan mədəniyyət müəssisələrində sərgilər, anım gecələri, “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, məlumat saatları və mühazirələr təşkil olunur. İdarənin şəbəkəsinə daxil olan müəssisələrdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlər də nümayiş olunacaq.