Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan “Arşın mal alan - 100” kitabı musiqisevərlərin, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı ilə maraqlananların ixtiyarına verilib.
   “Arşın mal alan” operettasının səhnəyə qoyulmasının 100 illiyi münasibətilə nəşr olunan kitabda əsərin yazılması ilə bağlı Ü.Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və s. materiallar toplanıb. Əsasən Ü.Hacıbəylinin ev-muzeyinin fondunda qorunub saxlanılan materiallardan istifadə olunub.
   “Arşın mal alan” Azərbaycan səhnəsində”, “Arşın mal alan” ekranlarda” və “Arşın mal alan” müxtəlif dövlətlərin dillərində və səhnələrində” adlı bölümlərdən ibarət kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.