Ölkəmizdə səfərdə olan ABŞ rəssamı Şeyn Quffoqq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələri üçün ustad dərsi keçib.
   Tədbir ABŞ-ın Azərbaycandakı səfirliyinin və “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə reallaşıb. Rəssam yaradıcılıq fəaliyyətindən və əsərlərinin işlənmə texnikasından bəhs edib. 
   Universitetin prorektoru, professor Gülşən Əliyeva bu yaradıcılıq görüşünün keçirilməsində göstərilən köməyə görə təşkilatçılara minnətdarlığını bildirib və görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət topluları qonağa təqdim edib.