Aprelin 3-dən 25-dək Bakıda “Hədəf” Nəşrləri MMC-nin təşkilatçılığı, Mədəniyyət və Turizm və Təhsil nazirliklərinin, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Yazıçılar Birliyinin, ASAN könüllüləri və Bakıda Yunus Əmrə İnstitutunun dəstəyi ilə “Oxu günü” keçiriləcək.
   “Gəlin birgə oxuyaq” layihəsi çərçivəsində keçirilən “Oxu günü” Bakıda artıq üçüncü dəfə qeyd olunacaq.
   Layihənin ideya müəllifi və rəhbəri filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın gücləndirilməsi, mütaliənin təbliği və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.