Martın 11-də Azərbaycan Xalça Muzeyində “Novruz ənənələri” adlı seminar təşkil olunacaq.
   Muzeydən bildirilib ki, seminar Bakı Dövlət Universitetinin professoru Şirin Bünyadovanın rəhbərliyi ilə aparılacaq. Seminar çərçivəsində mühazirələr də dinləniləcək. Mühazirələrdə Novruz bayramının qaynaqları və Novruz adət-ənənələrindən danışılacaq.
   Azərbaycan dilində aparılacaq mühazirələrdə hər kəs iştirak edə bilər.