Martın 14-də Bakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada “ADA” Universitetinin müəllim və tələbələri, “Coca-Cola” şirkətinin əməkdaşları, paytaxt sakinləri iştirak ediblər.
   Sonra Novruz bayramının ilaxır çərşənbə axşamında “ADA” Universitetində V Bahar Gənclik Festivalı təşkil olunub. Festival sərgi, milli geyimlər, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqal üzərindən atlanma və bu kimi ilaxır çərşənbə axşamının özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib.