Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mədəniyyət mərkəzi və “Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəz” sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə konserti keçirib. 4 saylı xüsusi internat məktəbində təşkil olunan tədbirdə müğənnilərin çıxışları uşaqlara əyləncəli anlar yaşadıb. Sonda uşaqlara hədiyyələr təqdim olunub.