Aprelin 11-də Muzey Mərkəzinin sərgi qalereyasında gənc rəssam Cəlal Ağayevin “Yeddi gözəl” adlı sərgisi açılacaq. Sərgi Muzey Mərkəzinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
   C.Ağayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qrafika sənəti üzrə ixtisas təhsili alıb. Düşüncələrini yağlı boya ilə yanaşı, həm də akvarel texnikasında ifadə edir. İstedadlı rəngkar və gözəl qrafikdir.