Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin elmi işçisi, filologiya elmləri namizədi Eldar Asanov Bakı Dövlət Universitetinin (BDU) Abay Mərkəzi və türkologiya kafedrasının təşəbbüsü ilə Filologiya fakültəsində mühazirə oxuyub.
   Dil və mədəniyyət ortaqlığının iki qardaş xalqı birləşdirən əsas amil olduğunu deyən E.Asanov özbək dili və ədəbiyyatının dinamikasından söz açıb, XV əsrədək olan özbək və Azərbaycan ədəbiyyatına sırf ümumtürk ədəbiyyatı kontekstində baxılmalı olduğunu bildirib. “Orta Asiya türk runa yazılarının tipologiyası və linqvistik xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası üzərində işləyən alim, eyni zamanda qədim türk və türk dilləri, sosiolinqvistika ilə bağlı çoxlu sayda araşdırmaların müəllifidir.