Bu ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Geologiya və Geofizika İnstitutu ilə birgə görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun (1927-1988) 90 illiyi ilə əlaqədar beynəlxalq elmi konfrans və yubiley iclası keçiriləcək. Tədbirlərdə alimin həyat və fəaliyyətindən, Azərbaycan elminə xidmətlərindən söz açılacaq. Qeyd edək ki, Xudu Məmmədov eyni zamanda ədəbiyyatşünas və sənətşünas kimi də tanınıb. «Naxışların yaddaşı», «Qoşa qanad» kimi populyar kitabların müəllifidir.