Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” kitabı ərəb dilində işıq üzü görüb. 
   Mərkəzdən verilən məlumata görə, kitab azərbaycanlıların millət kimi formalaşma dövrləri və mərhələlərindən bəhs edir. Kitabın müəllifi AMEA-nın müxbir üzvü Nizami Cəfərov, ərəb dilinə tərcüməsinin müəllifi Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami Əl-Aydidir.
   Nəşrdə Azərbaycan xalqının zəngin etnik, siyasi və mədəni ənənələri əsasında milli mənliyini qoruyub saxlaması, demokratik inkişaf yolu ilə irəliləməsi, özünü dünya çapında təsdiq etməsi tarixi faktlar və sənədlərlə əksini tapıb.