Ölkəmizin turizm potensialını təbliğ etmək məqsədilə müxtəlif yaş kateqoriyasına mənsub rəssamların qatıla biləcəyi “Bura Azərbaycandır” adlı rəsm müsabiqəsinin son qeydiyyat tarixi aprelin 20-dək uzadılıb.
   Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
   İştirakçılar öz işlərini əsasən kağız üzərində fərqli üslublarda (qara qələm, quru fırça, pastel, kömür, akvarel, yağlı boya və s.) işləməli, ölçüsü 30x40sm-dən böyük olmayan əl işləri təqdim etməlidirlər.
   Müsabiqənin yekun sərgisi mayın 12-də Bakı Xətai Sənət Mərkəzində açılacaq.