Fransanın saytında “Dünyanı özünə aludə edən Məryəm” adlı reportaj yayımlanıb.
   Reportaj istedadlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin bu günlərdə Parisdəki “Buci” qalereyasında təşkil olunan “İntim portretlər” sərgisinə həsr edilib.
   Reportajda incəsənət tarixçisi və tənqidçisi Janet Zvinjenberjer, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov gənc rəssam Məryəm Ələkbərlinin məziyyətlərindən söz açır, onun əsərləri haqqında fikirlərini bölüşürlər. İstedadlı gənc rəssamın əsərlərində yeni rənglərə, texnikaya müraciət etməsi qeyd olunur.
   Reportajda Məryəm Ələkbərlinin “Buci” qalereyasında sərgilənən əsərləri nümayiş etdirilir.