Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən “Bir millət, iki dövlət!” şüarı altında sərbəst mövzuda təşkil olunan rəsm müsabiqəsi başa çatıb. Müsabiqəyə 70-dən artıq əsər təqdim olunub.
   Müsabiqədə Türkiyə və Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Özbəkistan, Qazaxıstan və Ukraynadan peşəkar və həvəskar rəssamlar iştirak ediblər.
   Baş konsulluğun konfrans salonunda sərgilənən əsərlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.