“Forbes” jurnalı yeni reytinq siyahısını dərc edib
   
   ABŞ-ın “Forbes” jurnalı şou-biznesin ən çox qazanan ulduzlarının növbəti siyahısını dərc edib. Reytinq cədvəlinə amerikalı reper Paf Deddi (Şon Kombs) başçılıq edib. Ötən il ərzində reper 130 milyon dollar qazanc əldə edib. Bu məbləğin böyük hissəsini reper “Bad Boy Fanily Reunion” konsert turundan və reklam kampaniyalarında iştirak nəticəsində əldə edib. 
   İkinci pillədə müğənni Beyonce yer alıb. O, “Lemonade” albomunun populyarlıq qazanması və sonradan dünya konsert turnesi ilə çıxış etməsi sayəsində 105 milyon dollar qazanıb .
   Üçlüyü britaniyalı yazıçı Coan Roulinq qapayır. O, «Harri Poter və lənətə gəlmiş körpə» kitabına və «Fantastik məxluqlar və onlar harada yaşayır» filmi üçün yazdığı ssenariyə görə 95 milyon dollar qazanc əldə edib.
   Dördüncü sırada kanadalı musiqiçi Drake (94 milyon dollar) yer alıb. 
   Onluğa kanadalı müğənni Abel Tesfaye (The Weeknd), amerikalı radioaparıcı Qovard Ştern, Britaniyanın “Coldplay” pop qrupu, yazıçı Ceyms Patterson daxil olub.
   Qeyd edək ki, ötən il reytinqə Teylor Svift (170 milyon dollar) başçılıq edib. Bu il konsert verməyən və yeni albomu çıxmayan müğənni nəticədə cəmisi 44 milyon dollar qazanaraq reytinqdə 49-cu yerdə qərarlaşıb.
   
   İlona