Məşhur ispan rəssamı Salvador Dalinin (1904-1989) nəşinin qalıqları eksqumasiya olunacaq. Bu barədə Madrid məhkəməsi qərar verib. Qərara səbəb falçı Mariya Pilar Abel Martinesin rəssamın qızı olması barədə qaldırdığı iddiadır. Martinesin sözlərinə görə, Salvador Dali onun anası ilə 1955-ci ildə eşq macərası yaşayıb. 
   O zaman Dali daha çox Qala kimi tanınan Yelena Dyakonova ilə nikahda idi. Onların övladları yox idi. Martines bu iddia ilə 2015-ci ildə çıxış edib və indi məhkəmə atalıq testi üçün Dalinin məzarının açılmasına qərar verib.
   Dünya şöhrətli rəssam 1989-cu ildə 85 yaşında vəfat edib. O, doğma şəhəri Fiqerasda öz adını daşıyan muzeyin döşəməsində dəfn olunub.

   İlona