Məşhur Hollivud aktrisası, «Küləklə sovrulanlar» filminin ulduzu, “Oskar” laureatı Vivyen Linin (1913-1967) şəxsi əşyaları hərraca çıxarılacaq. Auksion 26 sentyabrda Londonda keçiriləcək. 
   Ümumilikdə 250 lota aktrisanın libasları, aksessuarları və zinət əşyaları daxildir. Onların ayrı-ayrılıqda dəyərləri 100 funt sterlinqdən 100 min funt-sterlinqə kimi qiymətləndirilir.
   Həmçinin hərraca aktrisanın ikinci həyat yoldaşının - aktyor Laurens Olivyenin qızıl üzüyü, Vivyen Linin «Arzu tramvayı» filmindəki pariki satışa çıxarılacaq.
   Satış ilə “Sotheby's” hərrac evi məşğul olacaq. Auksionun təşkilatçıları bildiriblər ki, bu hərrac aktrisa Vivyen Li haqqında bir çox gözlənilməz məlumatları açıqlamağa imkan verəcək.
   Qeyd edək ki, məşhur aktrisa «Oskar» mükafatının ikiqat sahibidir. O, 53 yaşında vəfat edib.
   
   İlona