"Forbes” jurnalı dünyanın ən çox qazanan aktyor və aktrisalarının yeni siyahısını elan edib.
   Amerikalı aktyor Mark Uolberq 2017-ci ildə dünyanın ən çox qazanan aktyoru olub. O, il ərzində 68 milyon dollar gəlir əldə edib. Ən çox qonorar alan aktyorların siyahısında ikinci və üçüncü yerləri Dueyn Conson və Vin Dizel bölüşüb.
   Siyahıda məşhur aktyorlar Ceki Çan (49 milyon), Tom Kruz (43 milyon) və Şahrux Xanın (35,5 milyon) da adı var. 
   Aktrisaların siyahısında birinci yerdə "La La Lend” filmində ifa etdiyi roluna görə "Oskar” mükafatına layiq görülən amerikalı aktrisa Emma Stoun yer alıb. Onun il ərzində 26 milyon dollar qazancı olub. İkinci yerin sahibi 25,5 milyon dollar qazancla Cennifer Enistondur. Üçüncü yerdə Cennifer Lourens (24 milyon) qərarlaşıb.
   Növbəti pillələri Melissa Makkarti (18 milyon), Mila Kunis (15,5 milyon), Emma Uotson və Şarliz Teron (14 milyon), Keyt Blanşett və Culiya Roberts (hərəsi 12 milyon), Emi Adams (11,5 milyon) bölüşüblər. 
   
   İlona