Oktyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində görkəmli heykəltəraş, Xalq rəssamı, Dövlət mükafatı laureatı Tokay Məmmədovun sərgisi açılacaq. Heykəltəraşın 90 illik yubileyinə həsr edilən sərgi oktyabrın 7-dək davam edəcək.