Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” layihəsinin üçüncü mərhələsi davam edir.
   Qalereyadan verilən məlumata görə, layihə üzrə növbəti görüş Xalq rəssamı Tofiq Ağababayevin emalatxanasında baş tutub. Gənc sənətşünaslar tanınmış rəssamın emalatxanasında iş prosesi ilə yaxından tanış olublar, rəssamlıq sənətinin özəllikləri ətrafında müzakirələr aparıblar.
   Layihə gənc sənətşünaslarla birgə Azərbaycan rəssamlıq sənətinin müasir inkişaf məsələlərinin, rəssamların yaradıcılıq axtarışlarının müzakirəsinə, araşdırılmasına və geniş auditoriyaya təqdim edilməsinə yönəlib. Məqsəd gənc sənətşünaslarda tədqiqat və yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaqdır.
   Layihə üzrə növbəti görüşün Xalq rəssamı Fazil Nəcəfovun emalatxanasında keçirilməsi nəzərdə tutulur.