“Forbes” jurnalı 2017-ci ildə Avropanın ən zəngin ulduzlarının siyahısını dərc edib. 
   Siyahıda birinci yerdə ingiltərəli yazıçı Coan Roulinq (Joanne Rowling) qərarlaşıb. Harri Porter haqqında silsilə romanların müəllifinin gəliri 2017-ci il üçün 95 milyon dollar olub. 
   İkinci pillədə dünya şöhrətli portuqaliyalı futbolçu Kriştiano Ronaldo (93 milyon dollar) yer alıb. 
   Sonrakı iki yeri Britaniyadan “Coldplay” qrupu (88 milyon dollar) və müğənni Adel (69 milyon dollar) tutub. 
   İsveçrəli tennis ulduzu Rocer Federer 64 milyon dollar gəlir əldə edərək 5-ci pillədə yer alıb. Altıncı pilləni 60 milyon dollar qazancla ingiltərəli musiqiçi Elton Con və şef-aşpaz Qordon Ramzi bölüşdürüb. 
   Siyahıda səkkizinci pillədə musiqiçi Pol Makkartni (54 milyon dollar) qərarlaşıb. İlk onluğu qolfçu Rori Makilroy və DC Kelvin Harris qapayır.
   
   İlona