Azərbaycan
    
   26 dekabr 1910 - Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910-1979) Şamaxıda anadan olub. Əsərləri: "Şəfəq", "Buludlar dağılır", "Məzunlar" (romanlar), "Sularda yanğın", "Ömür çiçəklənir", "Lalə dəstəsi" (povestlər) və s. Rus dilindən tərcümələr edib.
   26 dekabr 1919 - Xalq artisti, rəqqasə Əminə Paşa qızı Dilbazi (1919 - 30.4.2010) anadan olub. "Çinar", "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində dərs deyib. “O olmasın, bu olsun” filminə çəkilib. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.
   26 dekabr 1950 - Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (1950 - 10.10.2015) Şəkidə anadan olub. ”Bəxt üzüyü”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Həm ziyarət, həm ticarət” və s. filmlərə çəkilib. 
   
   27 dekabr 1932 - Bəstəkar, Xalq artisti Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 - 9.8.2010) Astara şəhərində doğulub. 200-dək mahnının, tamaşalara musiqinin, "Şəhidlər" simfoniyası, "Hophopnamə" oratoriyası və s. əsərlərin müəllifidir.
   27 dekabr 1934 - Xalq rəssamı, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (1934 - 6.3.2008) anadan olub.
   27 dekabr 1938 - Xalq artisti Safurə Ağabala qızı İbrahimova Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərə çəkilib.
   27 dekabr 1947 - Pianoçu, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Şəmsi oğlu Bədəlbəyli anadan olub. 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) rektorudur.
   
   28 dekabr 1918 - Şair İbrahim Kəbirli (1918-1995) anadan olub.
   28 dekabr 1920 - Fəlsəfə elmləri doktoru, akademik, Əməkdar elm xadimi Firudin Qasım oğlu Köçərli (1920 - 3.6.2005) Gədəbəy rayonunun İsalı kəndində anadan olub. 
   28 dekabr 1927 - Bəstəkar, Əməkdar incəsənət xadimi Nəriman Həbib oğlu Məmmədov (1927 - 6.4.2015) Naxçıvan şəhərində doğulub. Əsərləri: «Şeyx Sənan» baleti, “Hüseyn Cavid» simfoniyası və s.
   28 dekabr 1936 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova anadan olub. Azərbaycan musiqisinin dünyada təbliğinə böyük töhfələr verib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Əsli və Kərəm") baş rolları ifa edib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Milli Məclisin deputatıdır.
   28 dekabr 1937 - Ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əliyar Qurbanəli oğlu Səfərli (1937 - 4.1.2017) Ordubad rayonunun Anabad kəndində doğulub. 
   28 dekabr 1941 - Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 - 31.8.2000) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. "Anama layla", "Sevgi borc verilməz", "Haqqa pəncərə" və s. kitabların müəllifidir. "Mədəniyyət" qəzetinin baş redaktoru (1991-2000) olub.
   
   29 dekabr 1921 - Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921 - 4.9.2003) anadan olub. S.Ə.Şirvani, A.Səhhət, Xətai və başqa görkəmli şəxsiyyətlər haqqında tarixi romanların müəllifidir. "Azərbaycanın aşıq və şair qadınları" (iki cilddə) və s. kitabları tərtib edib. 
   29 dekabr 1929 - Tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 - 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.
   29 dekabr 1929 - Xalq rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 - 29.9.2011) Lənkəranda doğulub. “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub. Milli Dram və Rus Dram teatrlarında tamaşaların bədii tərtibatını verib.
   29 dekabr 1946 - Şair Nüsrət Yusif oğlu Kəsəmənli (1946 - 17.10.2003) Qazax rayonunun Kalininkənd kəndində anadan olub. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.
   
   30 dekabr 1926 - Xalq artisti, xanəndə Əbülfət Əliyev (1926 - 27.12.1990) Şuşada doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Şah İsmayıl" və s.) əsas rolları ifa edib.
   30 dekabr 1937 - Xalq artisti Rauf Yusif oğlu Babayev anadan olub. "Qaya" kvartetinin solistlərindən biri kimi şöhrət qazanıb.
   30 dekabr 1954 - Xalq artisti Fatma Yaqub qızı Mahmudova Ağdam rayonunda doğulub. Səhnə fəaliyyətinə Ağdam Dram Teatrında başlayıb, 1994-cü ildən Dövlət Musiqili Teatrının aktrisasıdır.
   30 dekabr 1962 - Kamança ifaçısı, Əməkdar artist Elşən Məmməd oğlu Mənsurov anadan olub.
   
   Dünya
    
   26 dekabr 1891 - Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub. “Xərçəng tropiki”, “Oğlaq tropiki”, “Qara bahar” trilogiyasının müəllifidir.
   26 dekabr 1949 - Aktyor və müğənni, Rusiyanın Xalq artisti Mixail Boyarski anadan olub. Filmləri: “D’Artanyan və üç muşketyor”, “Qardemarinlər, irəli”, “İlf” qəsrinin məhbusu” və s.
   
   27 dekabr 1901 - Alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich - Marie Magdalene Dietrich; 1901 - 6.5.1992) anadan olub. 30-50-ci illərdə Hollivud ulduzu olub. Filmləri: “Şanxay ekspressi”, “Sarışın Venera”, “Qanlı imperatriçə” və s.
   27 dekabr 1948 - Fransız aktyoru Jerar Depardye (Gerard Xavier Marcel Depardieu) anadan olub. Filmləri: “Sonuncu metro”, “Sirano de Berjerak”, “Bəxti gətirməyənlər”, “Qraf Monte-Kristo” və s.
    
   28 dekabr Beynəlxalq Kino Günüdür. 1895-ci ilin həmin günü Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları özlərinin icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk kinofilmi (“Fəhlələrin fabrikdən çıxması”) nümayiş etdiriblər.
   28 dekabr 1888 - Alman rejissoru, səssiz kinonun görkəmli nümayəndəsi Fridrix Vilhelm Murnau (Friedrich Wilhelm Murnau, 1888-1931) anadan olub.
   28 dekabr 1903 - Rus rejissoru Mixail Konstantinoviç Kalatozov (1903-1973) anadan olub. “Durnalar uçur” filmi Kann festivalının qalibi (1957) olub.
   28 dekabr 1945 - Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 27.8.1871 - 1945) vəfat edib. “Arzular trilogiyası”, “Kerri bacı”, “Cenni Gerhardt”, “Amerika faciəsi”, “Dahi” və s. romanların müəllifidir.
   
   29 dekabr 1775 - İtalyan əsilli Rusiya memarı Karl Rossi (Carlo di Giovanni Rossi; 1775-1849) Neapolda anadan olub. Sankt-Peterburq şəhərində bir çox bina və memarlıq ansambllarının müəllifidir.
   29 dekabr 1938 - Amerika aktyoru Con Voyt (Voight) anadan olub. Filmləri: “Evə dönüş” (“Oskar” mükafatı), “Gecəyarısı kovboy”, “Qeyri-mümkün missiya”, “Perl Harbor”, “Transformerlər” və s.
   
   30 dekabr 1865 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1907) laureatı Redyard Kiplinq (Joseph Rudyard Kipling; 1865-18.1.1936) Bombeydə doğulub. Uşaqlar üçün “Cəngəlliklər kitabı”, “Yeddi dəniz” şeirlər toplusu və s. əsərlərin müəllifidir.
   30 dekabr 1904 - Rus bəstəkarı, SSRİ Xalq artisti Dmitri Kabalevski (1904 - 14.2.1987) anadan olub. Əsərləri: “Kola Brunyon” operası, “Qızıl sünbüllər” baleti, “Bahar nəğməsi” operettası və s. 
   
   Hazırladı: Vüqar Orxan