Dubayda təzə açılmış toy salonlarının birində həqiqi ölçüdə şərqli gəlin şəklində tort var. Toy libası geyinmiş qız fiqurunun müəllifi britaniyalı dizayner Debbi Uinqhemdir. “Qənnadı gəlin”in libası krem, şokolad və mastikadan hazırlanıb.
   Tort-qızın barmağındakı nişan üzüyünün qaşı isə həqiqi brilyantdır. Bu “heykəltəraşlıq” işinin qiyməti 1 milyon dollara yaxındır.