ABŞ-ın Nyu-York şəhərindəki “Javits Center”də 115-ci Beynəlxalq Oyuncaq Sərgisinin açılışı olub. 
   40 min kvadratmetr sahədə təşkil olunan sərgidə bir-birindən fərqli 100 mindən çox unikal xüsusiyyətləri ilə seçilən oyuncaq nümunələri təqdim edilir. Burada nümayiş olunan bir sıra oyuncaqlar uşaqların əylənməsi ilə yanaşı, onların yaradıcı bacarıqlarının inkişafına da imkan yaradır. 
   Dünyanın ən böyük oyuncaq istehsalçılarının öz məhsullarını təqdim etdiyi Nyu-York sərgisi müxtəlif ölkələrdən oyuncaq həvəskarlarını bir araya gətirir. Sərgi uşaqlarla bərabər böyüklərin də marağına səbəb olur. Oyuncaq dünyasına səyahət etmək üçün Nyu-Yorka minlərlə turist axın edir.