Yaponiyanın Kioto şəhərində yerləşən Ritsumaykan Unversitetində 88 yaşlı xanım Kiyoko Ozeki qədim toxuculuq məmulatları sahəsində tədqiqatlarına görə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. O, 30 ildən çox Zyomon dövrünə aid parça və toxuculuq məmulatlarının hazırlanması üzrə araşdırma aparıb.
   K.Ozekinin Yaponiyada parçaların yaranma mədəniyyətinin və onların xarakteristikasının tədqiqinə həsr olunan elmi işi universitetin attestasiya komissiyası tərəfindən yüksək qiymətləndirilib.