Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov “Əl-Cəzirə” media şəbəkəsinin baş direktoru Mustafa Savvaq və “Aljazeera English” kanalının icraçı direktoru Giles Trendle ilə görüşüb. Qətərin “Əl-Cəzirə” media şəbəkəsi ilə Azərbaycanın media qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
   Səfirlikdən verilən məlumata görə, görüşdə “Əl-Cəzirə” media şəbəkəsinə məxsus televiziya kanalları və elektron informasiya portallarında ölkəmizlə bağlı süjet və materialların yayılması imkanları da müzakirə edilib. Ölkəmizin tarixən dini və mədəni bağlılığı olduğu ərəb dünyası ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyi diqqətə çatdırılıb.