Quba Turizm İnformasiya Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tələbələrlə turizm və onun təşkili mövzusunda maarifləndirici görüş keçirilib.
   Tələbələrə ölkəmizdə turizmin inkişafı, iqtisadiyyatda rolu, xalqın maddi rifah halının yüksəlməsinə təsirindən danışılıb. Həmçinin, Quba Turizm İnformasiya Mərkəzinin fəaliyyəti, xidmətləri barədə məlumat verilib, rayonda kənd turizminin inkişafından, ekoturizmin imkanlarından bəhs edilib. Mərkəzin əməkdaşı Qəmər Babayeva tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.