Azərbaycanın şimal-qərb regionunda, İpək Yolu üzərində turizmin inkişafını sürətləndirməyi nəzərdə tuturuq. Son dövrlər Qazax, Şəmkir, Gədəbəy zonasında turizm sahəsində inkişaf müşahidə olunur.
   Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AİTF sərgisində jurnalistlərə açıqlamasında bildirib.
   Nazir qeyd edib ki, Azərbaycanın cənub zonasında turizm sektorunun yaxşı perspektivləri var: “Bu yay mövsümündə də cənub istiqamətində turist axını gözləyirik. Sözsüz ki, ənənəvi olaraq Quba, Xaçmaz, Nabran bölgəsi də işləyəcək. Bu il qış mövsümündə Aran zonasına ovçuluq məqsədilə turist axını artıb. Bu, yerlərdə yeni hotellərin inşasına təkan verir. İndi demək olar ki, hər bir rayonda normal xidmət göstərən hotellər var”.