Mayın 15-dən 24-dək Tatarıstanın Buinsk şəhərində "Bua: dialoq məkanı" Beynəlxalq teatr festivalı keçiriləcək. Festivala İsveçrə, Estoniya, İtaliya, Belarus, Qazaxıstan və Rusiya regionlarının teatrları qatılacaq. 
   M.Qafuri adına Başqırd Akademik Dram Teatrı festivalda "Səni mən yaratdım..." tamaşası ilə iştirak edəcək. Tufan Minnullinin pyesi əsasında hazırlanmış tamaşaya Azat Nadırqulov quruluş verib. Əsər kişi və qadın münasibətləri, hər birimizin rastlaşdığı və hiss etdiyi biganəlik və total tənhalıq haqqında əhvalatdır. Tamaşa bir daha sübut edir ki, insanın qəlb ağrıları, daxili yaşantıları yalnız tək bir üsulla - sevgi, hərarət və diqqətlə sağala bilər.

Gülcahan