Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Turizm Assosiasiyasının (AzTA) nümayəndələrinin görüşündə ölkəyə gələn və ölkədən gedən turistlər üçün sığorta mexanizmlərinin müəyyənləşdirilməsi, səfər sığortasının icbari qaydada tətbiqi, bu istiqamətdə işlər üzrə “ASAN Viza”, həmçinin turizm şirkətləri və turoperatorlarla əməkdaşlıq məsələləri müzakirə olunub. Turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyət sığortasının müəyyən edilməsi barədə təklif səsləndirilib və bununla bağlı fikir mübadiləsi aparılıb.
   Görüşün yekununda həm ölkə hüdudlarından kənara gedən, həm də ölkə daxilində istirahət məqsədilə səfər edən vətəndaşlara səfər sığortasının əldə edilməsinin tövsiyə olunmasına dair qərar qəbul olunub.